Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Bavariya"ya asanlıqla məğlub olacaqları ilə bağlı deyilən fikirlərə münasibət bildirib.
AZXEBER.COM-un Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 45 yaşlı mütəxəssis komandasının güclü olduğunu və rəqiblə başabaş mübarizə aparacağını deyib: "Bavariya", "Yuventus" və "Barselona"nın çox rahat şəkildə məğlub etdi. Ancaq bizə qarşı bunu edə bilməzlər. Biz hər komanda üçün təhlükəli rəqibik. Final oyununda kim güclü olsa, o da kuboku qazanacaq".
Qeyd edək ki, ÇL "Bavariya" - "Borussiya" final matçı mayın 25-i baş tutacaq.