Yuri İqnat: "Rusiya bütün növ raketlərlə Ukraynanı atəşə tutub"

Yuri İqnat: "Rusiya bütün növ raketlərlə Ukraynanı atəşə tutub"
DÜNYA
18:10 23.01.2024
150
Rusiya ordusu yanvarın 23-də yenidən müxtəlif növ hava hücum silahları ilə ölkəyə zərbələr endirib. Bunlar qanadlı, ballistik raketlər, idarəolunan raketlərdir. Ölkə əarzisinə 41 raket buraxılıb, 20-si hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat bildirib.

O, qeyd edib ki, buraya 15 ədəd X-101, X-555, 8 ədəd X-22, 2 ədəd X-59, 4 ədəd S-300 və S-400, 12 ədəd "İsgəndər-M” və ballistik raketlər: "Bəziləri adi silahlarla, adi zenit-raket sistemləri ilə vurulub. Buraya X-59, X-101, X-555, X-55 kimi qanadlı raketlər aiddir. Strateji bombardmançı təyyarələrdən, daha doğrusu Tu-95-dən atılan 15 X-101, X-555 raketlərin hamısı, 2 ədəd X-59 raketindən isə biri məhv edilib", - İqnat vurğulayıb.

Komandanlıq rəsmisi bildirib ki, digərləri ballistik trayektoriya boyunca uçan hava hücumu silahları olub: "Beləliklə, bunlardan 5 ədəd "İsgəndər-M” raketləri zərərsizləşdirilib. Bu günə qədər zərərsizləşdirmədiyimiz raketlərin heç də hamısı hədəflərinə çatmayıb. Çünki bütün Rusiya raketləri yüksək keyfiyyətli deyil. Bütün raketlərin hamısı hədəfə çatmır. Təəssüf ki, zərərçəkənlər var, ölümlər var, dağıntılar var. Amma ümumilikdə zenit müdafiəsini uğurlu əməliyyat hesab etmək olar".
OXŞAR XƏBƏRLƏR