Yusuf Halaçoğlu: ‘Sərhədlər möhürlü şəkildə qalmalıdır, bunun günahkarı Ermənistandır’

Yusuf Halaçoğlu: ‘Sərhədlər möhürlü şəkildə qalmalıdır, bunun günahkarı Ermənistandır’
SİYASƏT
15:51 22.11.2014
1134

“Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz”

“Türkiyədə heç bir “möhürlü qapı” yoxdur. Möhürü açılacaq qapı varsa, o da ermənilərin açacağı qapılardır. Bu günə qədər ermənilərin bizə qarşı yönəltdikləri “soyqırımı" iddialarını puça çıxarmaq üçün ən önəmli arxivlər qapısı möhürlü Boston arxivi və daşnakların digər ölkələrdəki arxivləridir”.

Bunu APA-ya açıqlamasında Hrant Dink Vəqfinin təşkilatçılığı ilə bu  gün Ankara Universitetində başlayan və 2 gün davam edəcək “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda keçirilən beynəlxalq konfransa münasibət bildirən Milliyyətçi Hərəkat Partiyasının (MHP) parlament fraksiyasının həmsədri, tarixçi professor Yusuf Halaçoğlu söyləyib. 

Y. Halaçoğlu deyib ki, Türkiyənin “möhürlü qapı” problemi yoxdur, ilk növbədə ermənilər möhürlü qapıları açmalıdırlar.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədini 1993-cü il aprelin 8-də bağlayıb. Buna səbəb Ermənistan Silahlı Qüvvələrinin həmin vaxt Kəlbəcər rayonunu işğal etməsi olub.  Y. Halaşoğlu bildirib ki, Rusiyanın dəstəyini alan Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistanın Türkiyəyə qarşı “soyqırımı”, torpaq iddiaları olduğunu xatırladan tarixçi, deyib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır: “Türkiyə təbii ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı sanksiya tətbiq etməli idi və bu sanksiya da tətbiq edilib. Burada heç bir möhürlü qapıdan da söhbət gedə bilməz. Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz. Möhürlü qapılar, yəni sərhədlər möhürlü şəkildə qalmalıdır, bunun da günahkarı Ermənistandır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
12:21 13.03.2026
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı