Yutubda inqilabi dəyişiklik - “Rəqəmsal əkizinizi” yarada biləcəksiniz

Yutubda inqilabi dəyişiklik - “Rəqəmsal əkizinizi” yarada biləcəksiniz
SOSİAL
10:47 24.01.2026
420
Yutubun baş direktoru Nil Mohan dərc olunan illik məktubunda platformanın gələcəyi ilə bağlı həm maraq doğuran, həm də mübahisəli yenilikləri açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, onun sözlərinə görə, yutub kontent yaradıcılarına öz üz və səslərindən istifadə etməklə süni intellekt əsaslı "rəqəmsal əkizlər” yaratmağa imkan verən yeni funksiyanı istifadəyə verməyə hazırlaşır.

Yeni imkan sayəsində yaradıcılar kamera qarşısına çıxmadan, özlərinin süni intellektlə yaradılmış versiyalarından istifadə edərək, "YouTube Shorts” videoları hazırlaya biləcəklər.

Mohan vurğulayıb ki, bu texnologiya insan yaradıcılığını əvəz etməyəcək, əksinə, kontent istehsalını daha sürətli və çevik edən yeni bir ifadə vasitəsi rolunu oynayacaq.

Belə ki, kontent yaradanlar öz səslərini və vizual görüntülərini kopyalayaraq, rəqəmsal məzmunlarında istifadə edə biləcəklər.

Qısametrajlı videolar "Google”un qabaqcıl video istehsal aləti olan "Veo 3” vasitəsilə sadəcə mətn əmrləri ilə yaradılacaq.

İstifadəçilər mətn əsaslı əmrlərlə oyunlar dizayn edə, yeni musiqi janrları ilə təcrübələr apara biləcəklər.

Yutub süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etsə də, Nil Mohan tamamilə sintetik və aşağı keyfiyyətli məzmunun yayılmasına qarşı ciddi mübarizə aparıldığını bildirib. İnternet mühitində "slop” (süni zibil) kimi tanınan, dəyər daşımayan avtomatik yaradılmış spam məzmunun qarşısını almaq üçün platformanın moderasiya sistemləri yenilənəcək.

Yutub yeni texnologiyaların sui-istifadə risklərini azaltmaq üçün əlavə qoruyucu mexanizmlər tətbiq edir. Başqasının üz və ya səsinin icazəsiz istifadə olunduğu süni intellekt videoları avtomatik şəkildə aşkar ediləcək. Eyni zamanda, süni intellektlə yaradılan və ya manipulyasiya edilən real məzmunun "sintetik” kimi etiketlənməsi məcburi olacaq.

Bundan əlavə, kontent müəllifləri öz rəqəmsal şəxsiyyətlərinin üçüncü şəxslər tərəfindən necə və harada istifadə olunduğunu idarə etmək üçün yeni nəzarət alətləri əldə edəcəklər.
 
/qadqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
13:19 09.06.2026
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
Gəmidəkilərin nəşləri tapıldı
13:10 09.06.2026
Gəmidəkilərin nəşləri tapıldı