Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıb

Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıb
DÜNYA
12:47 01.01.2026
294
Yutub alqoritminin yeni istifadəçilərə tövsiyə etdiyi videoların təxminən 20 faizi baxış sayını süni şəkildə artırmaq məqsədi daşıyan, aşağı keyfiyyətli süni intellekt (AI) məzmunudur.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Kapwing" şirkətinin araşdırmasında qeyd olunub.

Araşdırma çərçivəsində dünyanın müxtəlif ölkələrindən 15 min məşhur yutub kanalı təhlil edilib. Məlum olub ki, onlardan 278 kanal tamamilə bu cür AI tərəfindən yaradılmış məzmundan ibarətdir. Bu kanallar ümumilikdə 63 milyarddan çox baxış, 221 milyon abunəçi toplayıb və illik təxminən 117 milyon dollar gəlir əldə edir.

Yeni açılmış bir yutub hesabı ilə aparılan eksperiment də problemin miqyasını təsdiqləyib. Tövsiyə olunan ilk 500 videodan 104-ü süni intellektlə yaradılıb. Ümumilikdə isə lentdəki məzmunun təxminən üçdə biri yalnız diqqəti cəlb edib monetizasiya etmək üçün hazırlanmış aşağı keyfiyyətli videolardan ibarət olub.

Bu fenomen qlobal xarakter daşıyır. Məsələn, İspaniyada bu tip kanallara təxminən 20 milyon nəfər (ölkə əhalisinin demək olar ki, yarısı) abunədir. Sonrakı yerlərdə Misir (18 milyon), ABŞ (14,5 milyon) və Braziliya (13,5 milyon) qərarlaşıb.

Ən diqqətçəkən nümunələrdən biri Hindistana aid "Bandar Apna Dost" kanalıdır. Burada meymunun absurd macəraları nümayiş etdirilir və kanal 2,4 milyard baxış toplayıb. Digər nümunə isə Pakistana məxsus "The AIl World" kanalıdır (1,3 milyard baxış), burada rahatladıcı musiqi altında süni intellektlə hazırlanmış daşqın videoları paylaşılır.

Axşam.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi