İtaliyanın "Yuventus" klubu hücumçusu Federiko Kyeza ilə bağlı qərar verib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, "Qoca Sinyora" ötən mövsüm və AVRO-2024-də İtaliya forması ilə gözlənildiyi kimi çıxış edə bilməyən Federiko Kyezanı satışa çıxarıb.
Məlumata görə, "Yuventus" Kyezanı istəyən klublardan 25 milyon avro transfer haqqı, eləcə də bəzi bonuslar istəyəcək.
Qeyd edək ki, futbolçunun "Yuve" ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq və yenilənməyəcək.
Bununla da türkiyəli ulduz futbolçu Kənan Yıldızın "Yuventus”da yolu açılıb.
Xatırladaq ki, Kyezanın satışa çıxarılmasıyla bağlı xəbəri ilk olaraq italyan jurnalist Fabrizio Romano yayıb.
Mikayıl