"Yuventus" 16 yaşlı gürcü futbolçunu istəyir

"Yuventus" 16 yaşlı gürcü futbolçunu istəyir
İDMAN
11:40 01.04.2025
352
İtaliyanın "Yuventus" klubu gürcü futbolunun istedadlı nümayəndələrindən biri olan Andria Bartişvili ilə maraqlanır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, A seriyası təmsilçisi 2009-cu il təvəllüdlü hücumameylli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. O, artıq Gürcüstan çempionatında – "Kolxeti" klubunun heyətində debüt edib.

Turin klubunun texniki direktoru Kristiano Cuntoli Avropadakı digər maraqlı klublardan əvvəl davranaraq transferi mümkün qədər tez reallaşdırmağa çalışır. Xatırladaq ki, Cuntoli daha əvvəl Xviça Kvaratsxeliyanı "Napoli"yə gətirən menecerlərlə – Mamuka Cuqeli və Kristian Zakkardo ilə sıx əlaqələrə malikdir.

Qeyd edək ki, gənc oyunçu artıq bir neçə Avropa klubu tərəfindən izlənilir. Lakin "Yuventus" transferdə üstünlüyü ələ alaraq Bartişvilini yaxın aylarda heyətinə cəlb edə bilər.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR