"Yuventus" klubunun qapıçısı Canluici Buffon komandası ilə gələn həftə yeni müqavilə imzalayacaq.
Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Buffon 2016-cı ilə qədər "Yuventus"un şərəfini qoruyacaq.
Artıq 34 yaşlı qapıçının "Yuventus"da illik qazancı da müəyyənləşib. Buffon "Yuventus"da çıxış edəcəyi növbəti 4 ilinə 4,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus"da çıxış edən Buffon bu komandanın heyətində 330 oyun keçirib.