"Yuventus" böyük ümidlərlə transfer etdiyi futbolçunu geri göndərdi - SƏBƏB

"Yuventus" böyük ümidlərlə transfer etdiyi futbolçunu geri göndərdi - SƏBƏB
DÜNYA
13:04 06.06.2024
127
İtaliya A Seriyasının komandalarından olan "Yuventus" uğursuz transferi Kaio Xorxeni Braziliya komandalarından biri olan "Kruzeyro"ya satır.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Braziliyalılar istedadları ilə diqqət çəksələr də, xüsusilə gənc futbolçuların Avropaya uyğunlaşmasında problemlər yaşana bilir.
 
Bu perspektivli adlardan biri də Kaio Xorxe idi. İtaliyanın "Yuventus" klubunun gənc futbolçusu zədələrindən sonra ölkəsinə - Braziliyaya qayıdır.

"Kruzeyro" klubundan verilən açıqlamaya görə, iki komanda Kaio Xorxenin transfer qiyməti də daxil olmaqla Braziliya klubuna transferi üçün şifahi olaraq razılığa gəlib.
 
Kruzeyro klubu futbolçunun həftə sonu komandaya qoşulacağını açıqlasa da, sağlamlıq yoxlamasında problem olmadığı təqdirdə Kaio ilə 5 illik müqavilə imzalayacağını açıqlayıb.

Braziliya mətbuatında çıxan xəbərlərə görə, Kruzeyro bu transfer üçün "Yuventus"a 7 milyon avroluq transfer haqqı ödəyəcək.

Kaio Xorxe dizindən ciddi zədə alıb və bir neçə ay yaşıl meydanlardan kənarda qalıb. Braziliyalı futbolçu ötən mövsümü icarə əsasında "Frozinone”də keçirib və 22 matçda 3 qol vursa da, davamlılığa nail ola bilməyib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR