"Yuventus" Poqba ilə 4 illik müqavilə imzalayacaq

"Yuventus" Poqba ilə 4 illik müqavilə imzalayacaq
İDMAN
18:17 11.06.2022
207
İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan Pol Poqba İtaliya "Yuventus"una keçəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Turin təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq.

"Yuventus" bu keçid üçün maaş, bonuslar və agent haqqları daxil olmaqla ümumilikdə 80 milyon avro xərcləyəcək.

Qeyd edək ki, Pol Poqba 2012 - 2016-cı illərdə də "qoca sinyora"nın formasını geyinib.
OXŞAR XƏBƏRLƏR