"Yuventus" Portuqaliya klubunun kapitanının transferində maraqlıdır

"Yuventus" Portuqaliya klubunun kapitanının transferində maraqlıdır
DÜNYA
16:37 03.08.2025
203
İtaliyanın "Yuventus" klubu "Sportinq"in (Portuqaliya) yarımmüdafiəçisi və kapitanı Morten Hyulmandın transferində maraqlıdır.

AZXEBER.COM Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 26 yaşlı danimarkalı futbolçu İtaliya klubuna keçmək istəyir.

Portuqaliya təmsilçisi bu transfer üçün 60 milyon avro tələb edir. Lakin qarşı tərəf milli üzvünü əlavə bonuslar da daxil olmaqla 40 milyon avroya həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, 2023-cü ildən "Sportinq"in formasını geyinən M.Hyulmand komandanın heyətində meydana çıxdığı 58 oyunda 5 qol müəllifi olub.//report
OXŞAR XƏBƏRLƏR