"Yuventus"da ciddi itki - "Ayaks"la oyunu buraxa bilər

"Yuventus"da ciddi itki - "Ayaks"la oyunu buraxa bilər
İDMAN
12:50 09.04.2019
3140
"Yuventus"un futbolçusu Corcio Kyellini Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la ilk oyunu buraxa bilər.
 
34 yaşlı müdafiəçi məşq zamanı baldır əzələsindən zədələnib. O, matç gününə kimi hazır olmayacağı təqdirdə, böyük ehtimalla Kyellinini Daniel Ruqani əvəzləyəcək.
 
Qeyd edək ki, "Ayaks" - "Yuventus" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
///futbolinfo.az
OXŞAR XƏBƏRLƏR