''Yuventus''dan ''Arsenal''ın futbolçusuna 20 milyon avro

İDMAN
08:15 23.10.2012
1162

İtaliyanın "Yuventus" klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

AZXEBER.COM-un "The Sun"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisi bu dəfə "Arsenal"ın gənc hücumçusu Teo Uolkota "elçi" düşüb.

23 yaşlı futbolçunun daha öncə "Arsenal"dan ayrılmaq istədiyini söyləməsi "Yuventus" rəhbərliyini hərəkətə keçirib. Son İtaliya çempionu Uolkotun transferi üçün "Arsenal"a 20 milyon avro ödəməyə hazırdır. Digər tərəfdən "topçular" Uolkotla müqaviləni 2015-ci ilə qədər uzatmağı planlaşdırır. Futbolçunun hansı qərar verəcəyi İngiltərədə böyük maraqla gözlənilir.

Qeyd edək ki, 2006-cı ildən "Arsenal"ın şərəfini qoruyan Uolkot bu komandanın heyətində keçirdiyi 149 oyunda 26 dəfə fərqlənib.

OXŞAR XƏBƏRLƏR