"Yuventus"u milyonlara sevdirən adam və ya sadəcə Del Piero

"Yuventus"u milyonlara sevdirən adam və ya sadəcə Del Piero
İDMAN
17:56 02.03.2020
4855

Stajlı futbolsevərlər üçün "Yuventus” dedikdə ağla gələn ilk ismlərdən biri Alessandro Del Pierodur.

AzxeberSport sizə Alessandro Del Pieronun həyatı, karyerası və indiki həyatını təqdim edir.

Futbola "Padova”da başlayan italiyalı hücumçu tez zamanda "Yuventus” tərəfindən kəşf edilir və ağ-qaralar gənc oyunçunu 19 yaşında transfer edir.

O zamanlar İtaliya liqasında bir çox klub iddialı idi və klubların heyətləri ulduz futbolçular ilə olduqca zəngin idi. Hər kəs Del Pieronun "Yuventus”un ulduzları arasında itib-batacağını düşünürdü. Ancaq gözləntilərin tam tərs oldu.

Heyətində Roberto Baccio və Mocci kimi hücumçular olmağına baxmayaraq Del Piero qısa müddətdə əsas heyət oyunçusuna çevrildi.

Image result for baggio juventus del piero

Ard-arda uğurlar qazanan Del Piero qısa zamanda İtaliya millisinin üzvünə çevrilir. Baccionun  "Yuventus”u tərk etməsindən sonra 10 nömrəni geyinən  Del Piero Milli komandada da 10 nömrəni əldə edir. 1994-cü ildə penaltini qaçırmış Baccio geriləməyə, əvəzinə isə ondan daha gənc, daha dinamik, daha istəkli Del Piero italyanların ümidi olmağa başlayır.

Image result for baggio del piero italy

2000-ci ildə "Yuventus” heyətində köklü dəyişikliklər edir. Trezege, Nedved kimi oyunçular klubun heyətinə qoşulurlar. Bununla da "qoca sinyora” növbəti yüksəlişə dönəminə qədəm qoyur. Əsas rəqibləri "İnter”, "Milan”,  "Roma”,  "Fiorentina” kimi klubları geridə qoyan ”Yuventus” 2006-cı ildə daha bir çempionluğunu qeyd edir. Ancaq İtaliya polisi may ayında oyunların əvvəlcədən danışıldığını ortaya çıxarır.

Çempionluq "Yuventus”un əlindən alınır və klub Seria B-yə göndərilir. Digər klublar isə külli miqdarda cərimələndi və ya sezona mənfi xallar ilə başladı. Seria B-yə düşən "Yuventus” heyətindəki bor çox oyunçunu itirdi. Demək olar ki, bütün əsas oyunçularini itirən Turin təmsilçisini təkcə kapitan Alessandro Del Piero tərk etmədi. Alessandro bu hərəkəti ilə bir daha ürəklərdə taxt qurur.

Image result for del piero serie b

2006-cı il klub tarixinə qara hərflərlə yazılsa da, İtaliya millisi üçün əlamətdar olur. Del Piero İtaliya yığması ilə həmin ildə Dünya Çempionu adını qazanır. Bu italyanlar üçün ən böyük zəfər idi. "Yuventus”un əfsanəsi artıq Dünya Çempionu ünvanını da qazanmışdı.

Image result for del piero italia 2006

2007-ci ildə Seria B-də bombardir olmuş, Del Piero 2008-ci ildə komandasını yenidən Seria A-ya yüksəldir. Uğurlar yenidən "Yuventus”a geri dönür. Heyətini gücləndirməyə başlayan turinlilər liqada zəfər qazanmağa davam edir. Del Piero hetriklərə, dubllara Seria A-da davam edir. "Yuventus”da əfsanəyə çevrilən Del Piero "Recina” ilə səfər matçında 250-ci qolunu vurur.

Image result for juventus reggina del piero penalty

"Yuventus” ilə 705 matç keçirən əfsanə 290 qol vurmağı bacarıb. Klub tarixində əldə edə bilmədiyi zəfər qalmayan Del Pieronun əldə etdiyi uğurlar:

8 dəfə Seria A çempionu

1 dəfə Seria B çempionu

1 dəfə İtaliya kuboku

4 dəfə İtaliya superkuboku

1 dəfə Çempionlar liqası

1 dəfə İtaliya millisi ilə Dünya çempionu

1 dəfə UEFA superkuboku

1 dəfə klublar üzrə Qitələrarası kubok

2012-ci ildə sonuncu 1 illik müqavilsəsini uzatmaq istəməyən 10 nömrə "Yuventus”dan ayrılmaq qərarına gəlir. Avstraliyaya üz tutan Del Piyero "Sidney” ilə iki illik müqavilə imzalayır.

Image result for del piero sydney fc

Avstraliyada iki il futbol oynayan Del Piero karyerasına Hindistanda son verir. 2014-cü ildə 4 ay müqavilə imzaladığı "Delhi Dinamos”unda son matçına çıxan italiyalı hücumçu oynaya bilməsinə baxmayaraq karyerasına son verir.

 

Image result for del piero delhi dynamos

 Dünya futbolunun unudulmaz simaları Del Piero haqda maraqlı fikirlərə sahibdirlər.

Pele, Del Pieronu 21-ci əsrin 100 futbolçusundan biri adlandırıb. Maradona isə "Zidanla müqayisədə daha çevik olan Del Pieronu seçərdim. Buna səbəb onun daha dinamik olmasıdır. O, qocalmaq bilmir”-deyib.

Əldə etmədiyi kubok qalmayan Del Piero Avropada və dünyada ilin oyunçusu adını qazana bilməyib.  Dəfələrlə namizəd göstərilsə də italiyalı futbolçu bu titulu qazana bilməyib. Hazırda heç bir klubda işləməyən Del Piero dünyanın bir çox ölkəsini gəzir. Bir gün onun yenidən futbola dönəcəyini gözləyən və söyləyənlər onun məçqçi karyerasını maraqla gözləyirlər.

Image result for del piero 2020

OXŞAR XƏBƏRLƏR