AFFA-nın sabah baş tutacaq Hesabat-Seçki Konfransına ötənlərin məşhur futbolçusu David Trezege də qatılacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə apasport.az saytına məlumatı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu verib.
Onun sözlərinə görə, dünya və Avropa çempionu ölkəmizə hazırda səfir kimi fəaliyyət göstərdiyi “Yuventus” klubunun xətti ilə gəlib.
AFFA onu konfransda iştirak etməyə razı salıb:
“Onun Bakıya gələcəyini öyrəndikdən sonra əlaqə yaratdıq və Konfransa qatılmasını xahiş etdik. Trezege bu təklifimizi müsbət qarşıladı. Sabahkı tədbirdə o da iştirak edəcək”.
Qeyd edək ki, onunla yanaşı, tədbirə UEFA-nın yeni baş katibi Teodor Teodoridis də qonaq qismində qatılacaq. Konfrans sabah saat 10:00-da başlanacaq.