Yuxarı Qarabağ kanalında qadın meyiti tapıldı

Yuxarı Qarabağ kanalında qadın meyiti tapıldı
SOSİAL
17:41 31.10.2021
357
Qarabağ kanalının Bərdə rayonu, Həsənli kəndi ərazisindən keçən hissəsində qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə kanalın Həsənli kəndi ərazisindən keçən hissəsində aşkar edilən naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR