Yuxarı Şirvan kanalında meyit tapıldı

Yuxarı Şirvan kanalında meyit tapıldı
SOSİAL
16:03 24.03.2023
243
Yuxarı Şirvan kanalında meyit tapılıb.

Bu barədə AZXEBER.COM-a Fâövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR