Yuxuda oğlunun öldüyünü görən qadın özünü bıçaqladı

HADİSƏ
10:21 07.01.2022
148
Gəncə şəhərində 57 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Ü.M. gördüyü yuxuya görə özünü bıçaqlayıb. Belə ki, qadın gecə yatarkən yuxusunda hərbi xidmətdə olan oğlunun öldüyünü görüb. Yuxudan oyanan Ü.M. mətbəx bıçağı ilə qarın nahiyəsinə xəsarət yetirib.

Hazırda  qadının vəziyyəti normaldır, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR