Yüz minlərlə sakini təngə gətirmiş problem - BNA niyə susur? - VİDEO

Yüz minlərlə sakini təngə gətirmiş problem - BNA niyə susur? - VİDEO
SOSİAL
22:50 26.10.2022
350
"Bakıkart"larda balansı artırmaq bəzi sakinlər üçün ciddi problemə çevrilib. Sərnişinlər artıq dayanacaqların əksəriyyətində balanslarını artıra bilmirlər.

Çünki ödəmə terminalı yoxdur. Bundan ötrü gərək ya ödəmə terminalı olan yer tapmalıdırlar, ya da metroya düşməlidirlər.

Metroya düşdükdə isə onsuz da sıxlıq yaşanan metro girişlərində əlavə qələbəlik yaranır. İnternet üzərindən ödəmələrdə də problem var.

Paytaxt sakinləri "Bakıkart"ların balansını artırmaq üçün qarşılaşdıqları problemlərdən şikayət edirlər.

Sərnişinlər deyirlər ki, dayanacaqlardakı terminalların götürülməsi onların işini çətinə salıb. Üstəlik, bu məsələ əlavə problemin yaranmasına səbəb olub.

Bir çox sərnişin balansı artırmaq üçün metroya girməlidir ki, bu da onsuz da kifayət qədər sıxlığın yaşandığı metro girişlərində əlavə qələbəlik yaradır.

Karta internet üzərindən ödəmə mümkün olsa da, sərnişinlər bu zaman vəsaitin kartın balansına oturması üçün bəzən saatlarla gözləməli olduqlarını deyirlər.

Bakı Nəqliyyat Agentliyi isə deyilən iradlarla razılaşmır. Qurumun mətbuat katibi Mais Ağayev deyir ki, paytaxt ərazisində olan 1400-dən çox ödəmə terminalı kartın balansını rahat şəkildə artırmağa imkan verir və belə terminallara ən xırda marketlərdə belə rast gəlinir.

O ki qaldı internet üzərindən ödəmələrin balansa oturmasında gecikmələrin yaşanmasına.

Mayıs Ağayev onu da bildirdi ki, internet üzərindən ödənişlərin daha tez balansa oturması, eyni zamanda bank kartlarıyla ödəmə üsullarıyla bağlı texniki tədbirlər də görülür.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”