Yüzlərlə alim imza toplayır: "Süni intellekti dayandırın"

Yüzlərlə alim imza toplayır: "Süni intellekti dayandırın"
DÜNYA
11:42 31.03.2023
259
İlon Mask da daxil olmaqla mindən çox mütəxəssisin imzaladığı süni intellektə qarşı məktubda süni intellekt modellərinin hazırlanmasında yarışın riskləri barədə xəbərdarlıq edilib və fəaliyyətlərin 6 ay müddətinə dayandırılması tələb olunub.

AZXEBER.COM "HaberGlobal”a istinadən xəbər verir ki, məktub (Institute for the Future of Life) tərəfindən dərc olunub.

"Güclü süni intellekt sistemləri yalnız onların təsirinin müsbət olacağına və risklərinin idarə edilə biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir. Bu sistemlər düzgün, etibarlı, şərh edilə bilən, şəffaf, dayanıqlı, uyğun və təhlükəsiz olmalıdır”, - deyə məktubda qeyd edilir.

Məktubu imzalayanlar arasında "Twitter”in sahibi İlon Mask ilə yanaşı, "Apple”ın həmtəsisçisi Stiv Voznyak və transhumanist tarixçi Yuval Noah Harari kimi məşhur adlar da var.

"Əgər bu tez bir zamanda tənzimlənməzsə, hökumətlər işə qarışmalı və süni intellektin dayandırılmasına başlanmalıdırlar”, - deyə məktubda vurğulanıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR