Üçbucaq formalı üzlərinə görə "yadplanetli"lər adlandırılan ailə bu vəziyyətə səbəb olan sirli xəstəliyin araşdırılmasını gözləyir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dominikan Respublikasında yaşayan 12 nəfərdən ibarət ailənin beş övladının gözləri geniş, yanaq sümükləri böyümüş, burunları əyri və dişləri deformasiyaya uğramış formadadır.
Tibb elminə məlum olmayan xəstəlik səbəbiylə üçbucaqlı üzləri olan ailə yadplanetli olduqlarına inanmağa başlayıb.
Qəribə simptomların nədən qaynaqlandığını araşdıran səhiyyə mütəxəssisləri leontioz kimi tanınan bir xəstəlikdən şübhələnirlər. Ancaq şübhə ilə dəqiq diaqnoz qoya bilmirlər.
Aslan üz sindromu da adlandırılan "Leontiaz" adlı xəstəlik zamanı insanlarda kəllə və üz sümüklərinin həddindən artıq böyüməsi ilə nəticələnir. Son mərhələdə insan siması aslanabənzəyən bir vəziyyət alır.
Günel