Üz gərmə əməliyyatının zərərləri nədir? – Dermatoloq AÇIQLADI

MARAQLI
00:47 23.11.2022
802
"Gözəllik naminə sağlamlığınızı itirməyin”

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Balıkesir Universiteti Tibb Fakültəsinin dermatoloji bölüm başçısı Arzu Kılıç üz estetikasından danışarkən deyib.

Onun sözlərinə görə, aparılan bir çox araşdırmada üz gərmə əməliyyatının zərərləri məlum olub. Həkim bildirib ki, əməliyyat və ya botoks etdikdə bir çox məqama diqqət yetirmək lazımdır. 

Arzu Kılıç deyib ki, üz gərmə əməliyyatı üzdə meydana gələ biləcək asimmetriya dediyimiz çox ciddi və xroniki infeksiyalar, yalançı üz quruluşları və ciddi sallanmaları ilə nəticələnə bilir. 

Mütəxəssisin fikrincə, tətbiq sayəsində üzdə kollagenin əmələ gəlməsi sürətli şəkildə artır.

Tətbiqin şəkər xəstələrinə, immunosupressiv dərmanlardan istifadə edənlərə, hamilə qadınlara, qanaxma xəstəliyi olanlara və qan durulaşdırıcı dərmanlardan istifadə edənlərə tətbiq edilmədiyini bildirən Dr. Kılıç yanlış xəstə və əməliyyat növünün seçilməsinin üzün çökməsinə, damarların zədələnməsinə və sinirlərin zədələnməsinə səbəb ola biləcəyini ifadə edib.

Ayşən

OXŞAR XƏBƏRLƏR