"Öz milli sosial şəbəkəmizi yaradıb, digər sosial şəbəkələri bağlamalıyıq" — Deputatdan ilginc açıqlama

SOSİAL
13:44 11.02.2019
3281
"Xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. Bununla da yaranan təhlükələrin qarşısını almaq mümkündür. Hər bir ölkə kimi, bunu biz də edə bilərik".  

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib. 

Deputat deyib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğu üçün bu cür addımları hər zaman atmağa haqqı var:

"Biz ermənilərlə müharibə şəraitində yaşayan ölkəyik. Ona görə də söyüş kampaniyalarının arxasında erməni barmağının olması istisna deyil. Bəzən görürsən ki, Azərbaycanla bağlı pozitiv yazılara təhqir və söyüş dolu şərhlər gəlir. Çox güman ki, həmin şərhlər İrəvandan idarə olunur. Ona görə də biz lazım olsa dünya birliyinə də bununla bağlı müraciət edə bilərik. Nə qədər ki, müharibə bitməyib, ideoloji təxribatlara və terrora məruz qalırıqsa, informasiya təhlükəsizliyimizi qorumaq məqsədilə biz də beynəlxalq sosial şəbəkələrdən imtina edirik. Yaxud da daha çox haradan təhdidlər gəlirsə, ondan imtina edə bilərik. Əvəzində isə öz sosial şəbəkəmizi yaradıb, əhalinin bundan istifadə etməsini təmin edə bilərik. Bu zaman əgər kimsə bizimlə ünsiyyətə girmək istəsə, bizim sosial şəbəkəyə girsin. Yaxud da "Youtube" və digər sosial şəbəkələrin baş ofisləri ilə danışıb onları Azərbaycanda baza qurmağa dəvət etmək olar. Bununla da biz bilərik ki, Azərbaycana qarşı mənəvi və ideoloji terroru törədənlər kimlərdir. Bundan sonra onların fəaliyyətini məhdudlaşdırmaq olar. Yəqin ki, həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti bu məsələlərlə məşğul olur".

Musa Quliyev söyüş kampaniyası aparanlara cavab verilməsinin də tərəfdarı olmadığını söyləyib:

"Bəzən deyirlər ki, deputatlar, ziyalılar onlara cavab verməlidir və sairə. Mən bununla razı deyiləm. Ziyalılar normal və ağılı başında olan adamlara cavab verə bilər. Bu adamların normal əxlaqı, başında ağılı yoxdur. Axı bunların nəyinə cavab verilsin?".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:38 26.11.2020

İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

16:36 26.11.2020

Erməni valideyn: "Əsgər və hərbçilər koronavirusa, dizenteriyaya yoluxub"

15:58 26.11.2020

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı olub

15:47 26.11.2020

Hulusi Akardan Fransa Senatının qətnaməsi ilə bağlı açıqlama

15:39 26.11.2020

Azərbaycan Əfqanıstanla əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə edib

15:17 26.11.2020

DİN əhaliyə çağırış etdi - VİDEO

15:04 26.11.2020

Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

14:43 26.11.2020

"Fransa ATƏT-in Minsk qrupundan çıxarılsın" - Milli Məclis bəyanat yaydı

14:42 26.11.2020

Binəqədi rayonunda reydlər davam etdirilir - FOTO

14:41 26.11.2020

Gürcüstanda yeni məhdudiyyət qüvvəyə minir

14:35 26.11.2020

Paşinyan 2021-ci ilin iyununa qədər vaxt istədi

14:19 26.11.2020

Atanın hər iki gözünü itirmiş oğluna dediyi sözlər hər kəsi kövrəltdi - VİDEO

14:16 26.11.2020

“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”

14:16 26.11.2020

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - FOTO

14:11 26.11.2020

"Fransadan hər hansı bir ədalət, demokratiya gözləmək mənasızdır"

13:59 26.11.2020

Ruhi Elçinin evinə getdi: "Sağalması üçün əlimdən gələni əsirgəməyəcəm"