Öz toylarına motosikletlə gəldilər

Öz toylarına motosikletlə gəldilər
SOSİAL
14:03 30.08.2026
118
Bakıda keçirilən toy mərasimi qeyri-adi görüntülərlə yadda qalıb.

AZXEBER.COM "Qafqazinfo” ya istinadən xəbər verir ki, 33 yaşlı Osman Məlikli və 28 yaşlı Fatma Məlikli cütlüyü öz toylarına avtomobil əvəzinə motosikletlə gəliblər.

Onlar Babək prospektində yerləşən şadlıq saraylarından birində təşkil olunan məclisə dostlarının motosikletli kortejinin müşayiəti ilə daxil olublar. Cütlüyün bu fərqli seçimi qonaqların böyük marağına səbəb olub.

Toy iştirakçıları həmin anları lentə alaraq sosial şəbəkələrdə paylaşıblar. Beləliklə, gənclər öz özəl günlərini həm fərqli, həm də unudulmaz şəkildə yaddaqalan ediblər.
OXŞAR XƏBƏRLƏR