"Öz vətəninin maraqlarını satmaq qəbuledilməzdir" - Fazil Mustafa

SİYASƏT
12:13 03.06.2024
823
"Ümumiyyətlə Avropada yaşayan bu şəxslər barədə "mühacir" sözünü işlətmək tamamilə yanlışdır. Bu, o zaman bizim 1918-20-ci illərdə mühacirətə getmiş dəyərli şəxsiyyətlərimizə qarşı hörmətsizlik kimi qəbul edilə bilər".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Avropada siyasi mühacir həyatı yaşayan, özlərini "bloger" adlandıran, hətta bir-birlərini ifşa edən şəxslərdən danışarkən deyib.
 
Deputat bildirib ki, öz ölkəsinin əleyhinə hansısa xarici xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən şəxs mühacir olmur:
 
"Mühacir bəlli bir vətən qarşısında missiyasını yerinə yetirir, öz ölkəsinin əleyhinə hansısa xarici xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etmir. Mühacir anlayışına bir daha baxmaq lazımdır. Bu baxımdan da özünü "bloger" adlandıran həmin şəxslər əvvəllər də özlərini ifşa edirdilər. Çünki mənfəət üzərində qurulan bir münasibət sistemi həmişə pozulanda bu cür ifşa etmə kampaniyaları başlayır. Təbii ki, bunlar səbəbsiz deyil. Onlar təkcə Azərbaycanla deyil, yaşadığı ölkənin xüsusi xidmət orqanlarıyla da sıx əlaqədədirlər. Çünki belə rahatlıqla hansısa bir fəaliyyətlə məşğul olmaq mümkün deyil. Bu durumda Azərbaycandan da onları maliyyələşdirən hansısa bir mənbələr varsa, bu faktı dövlət orqanları dərhal üzə çıxarmalıdır və məsuliyyətə cəlb etməlidir. Bu, həm də ölkəmizə qarşı bir təxribatdır. Təxribat prosesinin iştirakçısı olan hər kəsə layiqli cəzası verilməlidir".
 
Parlament üzvü əlavə edib ki, Azərbaycan indiki məqamda Fransa və onun addımlarını ifşa etməlidir:
 
"Biz indiki vəziyyətdə bu halı xüsusi diqqətə almalıyıq ki, ölkəmizə qarşı Ermənistanın maraqlarını müdafiə edən Fransa və onun addımları ifşa olunmalıdır. Hətta Fransada yaşayan elə insanlar var ki, bu ölkənin hansısa bir siyasətinə qarşı, xüsusilə də Qarabağı işğaldan azad etməyimizə yönəlmiş ittihamların qarşısında heç bir fikir səsləndirməyiblər. Onlar öz vətənlərinə artıq düşmən kəsilmiş şəxslərdir. İndi də onların maraqları bir az təmin olunmadıqda bir-birini ifşa edirlər. Bu da tarixi bir gerçəklikdir. Belə əməllər törədənlərin şərəfli sonu olmur. Çünki ola bilər ki, xaricdə yaşayırsan, ölkənin daxilində baş verən nədənsə narazı ola bilərsən, amma öz vətəninin maraqlarını satmaq deyə bir davranış içində olmaq qəbuledilməzdir və hər zaman qınanılacaqdır".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər