Zabratda “Chevrolet” polis maşını ilə toqquşdu - VİDEO

Zabratda “Chevrolet” polis maşını ilə toqquşdu - VİDEO
SOSİAL
09:33 07.02.2023
119

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

AZXEBER.COM xəbər verir ki, qəzanın videogörüntüləri sosial şəbəkədə yayılıb. 

Hadisə rayonun Zabrat qəsəbəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. 

Belə ki, "Chevrolet” markalı avtomobillə "Mercedes-Benz” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə ötən gün baş verib.
 

OXŞAR XƏBƏRLƏR