Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib

Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
SOSİAL
15:43 27.06.2025
238
Laçın rayonunun Zabux kəndində ümumi çəkisi 1 tondan artıq olan 7 min 46 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un Qarabağ bürosuna DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirib. Nəticəədə rayonun sözügedən kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.
OXŞAR XƏBƏRLƏR