Zahid Oruc: 'Cənub – Qaz Dəhlizi BTC qədər əhəmiyyətlidir'

SİYASƏT
15:29 13.02.2015
911

 “Cənub Qaz Dəhlizi” əslində beynəlxalq layihəyə çevrilib. İlk olaraq Türkiyə və Azərbaycanın iradəsi əsasında gündəmə gəlsə də, artıq qitənin enerji təhlükəsizliyində mühüm rol oynayan iqtisadi layihəyə çevrilib”. Bu fikirləri   millət vəkili Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, sözügedən layihə ölkə Prezidenti İlham Əliyevin iqtisadi strateji planında daha mühüm düşüncələrə malik olduğunu bir daha sübut etmiş oldu: “Cənub axını üzərindən Avropa ilə çox ciddi savaş vəziyyətində olan Rusiya dəhlizini Türkiyəyə çevirməli oldusa, bu proseslərdən öncə Azərbaycan Prezidenti Cənub-Qaza Dəhlizinin reallaşması üçün mühüm addım atdı. Ölkə başçısı bəyan edib ki, bu layihəyə maraqlı olan ölkələr qoşula bilərlər. Keçmişdə Orta Asiya bölgəsinin planları ilə maraqlı olan, onları öz strategiyasına qoşmağa çalışan Qərb dairələri bu gün daha məhdud çərçivədə həyata keçirilən layihələrdən özlərini kənar saxlamağa çalışırlar. Hesab edirəm ki, bu layihə sülh layihəsi olmaqla münaqişələrə yol açmır, Azərbaycanın iqtisadi imkanlarını möhkəmləndirir. Həmçinin gələcəkdə digər potensial ölkələrin bu layihəyə qoşulmasına şərait yaradacaq. Bu baxımdan dövlət başçısının bu layihəni mühüm dəyərləndirməsi sözün əsl mənasında Azərbaycanın siyasi və iqtisadi maraqlarına cavab verməsinin göstəricisidir. Həm də, layihəyə olan yüksək maraq onu təsdiqlədi ki, Cənub-Qaz Dəhlizi Avropa üçün Bakı-Tibilisi-Ceyhan qədər əhəmiyyətə malikdir”.

OXŞAR XƏBƏRLƏR