Zahid Oruc stulunu da ayırdı - FOTOLAR

SİYASƏT
14:42 22.10.2013
1521

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Parlamentin payız sessiyasının ikinci iclasına prezidentliyə namizəd olmuş deputatlar da qatılıb.

Artıq öz işinə başlayan iclasda diqqət çəkən məqamlardam biri prezidentliyə namizəd olmuş deputat Zahid Orucun parlament zalında harada oturması olub.

Belə ki, Zahid Oruc prezidentliyə namizədliyini verdiyi üçün bir müddət öncə Ana Vətən Partiyasının sədr müavinliyindən çıxarılmışdı. O, Milli Məclisdə AVP-nin sədri Fəzail Ağamalı ilə yanaşı əyləşirdi. Bundan sonra Zahid Orucun əvvəlki yerində, deputat Fəzail Ağamalının yanında oturub-oturmayacağı maraq doğururdu.

Fəzail Ağamalının yanına qayıtmayan Zahid Oruc bugünkü iclasda parlamentin iclas zalında birinci sırada tək oturub.

Z. Oruc millət vəkili seçiləndən 13 ildir ki F. Ağamalının yanında əyləşirdi. /Modern.az/

OXŞAR XƏBƏRLƏR