Zahir Əzəmət MSK-ya şikayət etdi: "Ədalətli qərar gözləyirəm"

Seçki2020
11:36 15.01.2020
2089
45 saylı Abşeron Seçki Dairə Komissiyasının növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almaqdan imtina etdiyi tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmət (Rəhimov) Mərkəzi Seçki Komissiyasına şikayət edib.

Bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, lazımi sənədlər şikayətə əlavə olunub: 

"Artıq MSK-ya şikayət etmişik. Lazımı sənədlər hazırlanıb, komissiyanın qərarını gözləyirik. İnanıram ki, MSK öz reputasiyasını qorumaq üçün qısa müddətdə ədalətli qərar qəbul edəcək. Çünki iki gün sonra artıq qeydə alınmış namizədlər rəsmi təbliğat-təşviqat mərhələsinə başlayacaq. Biz isə yaradılmış bu cür süni əngəllər üzündən prosesdən kənarda qalırıq". 

Xatırladaq ki, ötən gün Dairə Seçki Komissiyası əmlak bilgilərində uyğunsuzluğu səbəb göstərərək Zahir Əzəmətin namizədliyini qeydə almaqdan imtina etmişdi. Belə ki, namizəd respublika üzrə adına hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində Əmlak Komitəsindən rəsmi arayış alaraq, DSK-ya verdiyi məlumatları onun əsasında tərtib edib. Həmin rəsmi arayış da bildirişə əlavə olunub. Ötən gün isə məlum olub ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin cavabda Z.Əzəmətin ailə üzvü olaraq adının keçdiyi ümumi torpaq sahəsi naməlum səbəblərdən namizədə verilən rəsmi arayışda qeyd olunmayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:37 04.12.2020

Bu gün Azərbaycanda şəhidlərin xatirəsi anılacaq

23:40 03.12.2020

Azərbaycanda ən çox hansı zonada koronavirusa yoluxma olub?

23:35 03.12.2020

Ərdoğan Ruhani ilə Qarabağı müzakirə etdi

23:26 03.12.2020

Zəfər Gününün tarixinin dəyişdirilməsi “Haber Global”ın efirində: “Tarixi jest, Atatürk həssasiyyəti” - VİDEO

22:47 03.12.2020

"Euronews” telekanalının əməkdaşları Suqovuşanda

22:45 03.12.2020

Prezidentin köməkçisi şəhidlərlə bağlı paylaşım etdi

22:42 03.12.2020

Azərbaycan XİN: Ermənistanın xarici işlər naziri xəyal dünyasından reallığa dönməlidir

22:26 03.12.2020

Ermənistanın Xarici İşlər naziri Moskvaya gedir

22:18 03.12.2020

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

21:58 03.12.2020

Azərbaycanda prokuror koronavirusdan öldü

20:50 03.12.2020

Türkiyənin sabiq müdafiə naziri vəfat etdi

20:38 03.12.2020

Azərbaycan Premyer Liqasında növbəti turun üç oyunu təxirə salındı

20:26 03.12.2020

Dövlət başçısı: "Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurub"

20:15 03.12.2020

Prezidentdən Azərbaycan Sənaye Korporasiyasının fəaliyyəti ilə əlaqədar FƏRMAN

20:04 03.12.2020

Azərbaycanlı deputat MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri seçildi

19:34 03.12.2020

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Qarabağa dair birgə bəyanat yaydı