"Zakir Əliyev hələ körpə yaşlarından əsl sənətkar ifaçı idi"

MƏDƏNİYYƏT
17:20 20.05.2014
2866
“Xalqımızın dəyərli səsi və ifaçısı Zakir Əliyevin 22 may dogum günü və sənətdə olmasının 35-ci ilidir. Sevindirici hal odurki, böyük ifaçımız yubileyi ərəfəsində dövlət başçımız cənab İlham Əliyev tərəfindən yüksək dövlət statusu ilə- əməkdar artist kimi yüksək fəxri ada təltif olundu”.Bunu əməkdar artist Aybəniz Haşımova öz facebook səhifəsində paylaşdığı statusunda qeyd edib.Əməkdar artist qeyd edib ki, bu addım əsl sənətkarlara böyük mükafatdır.“O gün olsun ki, Heydər Əliyev ordeninə layiq görülsün. Çünki Zakir Əliyevin misilsiz ifaçılığı və xalqının musiqisinə hələ körpə yaşlarından təmannasız,yorulmaz xidməti onu bu zirvəyə aparır.Zakir Əliyev Azərbaycan kişisinin bariz nümünələrindəndir-reklam,var- dövlət xətrinə Zakir müəllim hec zaman daşıdığı sənət adına hec zaman xələl gətirmədi, yalnız xalqının imicini, adını,sənətini düşündü, onun sənət ustadları Sövkət xanım Ələkbərova, Arif babayev onunla hər zaman fəxr etdilər.Zakir Əliyev hələ körpə yaşındaykən böyük Üzeyir Hacıbəyovun 100 illik yubileyində Moskvada- Böyük Teatr səhnəsində “Leyli və Məcnun” əsərini oxumaq və yüksək alqışlar şərəfinə nail oldu. Zakir Əliyev ulu öndər Heydər Əliyevin 1980-ci ildə imzası ilə açılmış sinfin qaliblərindəndəndir.Əvəzolunmaz ustad sənətkar və mənim ustadım Sövkət xanımın Zakir Əliyevin ünvanına dediyi “Zakir oxuyur, elə bilirəm Zülfü oxuyur. Zakir bala Zülfüdü” kəlmələri hələ də xatirimdən, hafizəmdən getməyib.Zakir Əliyev hələ körpə yaşlarından əsl sənətkar ifaçı idi. Bugün də yüksək sənət göstəricisi ilə musiqimizə xidmət edir. Allahdan ona can saglığı,uzun ömür arzu edirəm.

OXŞAR XƏBƏRLƏR