Zakir Həsənov Belarusa getdi

SİYASƏT
15:38 02.07.2024
229
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa səfər edib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Z.Həsənovun Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR