Zakir Həsənov II Fəxri xiyabanı ziyarət edib - FOTOLAR

Zakir Həsənov II Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
SOSİAL
11:39 27.09.2021
380
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib.

AZXEBER.COM xəbər verir ki, ziyarətçilər sırasında Z.Həsənovla yanaşı, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə Nazirliyinin rəhbər heyəti olub.

Onlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri qoyublar.
 
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR