Zakir Həsənov İran Prezidenti ilə görüşdü

Zakir Həsənov İran Prezidenti ilə görüşdü
SİYASƏT
15:19 26.01.2022
442
Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

İran Prezidenti Seyid İbrahim Rəisi xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını Prezident Seyid İbrahim Rəisiyə çatdırıb.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə görülən işlər barədə məlumat verib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
17:07 16.10.2025
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
16:59 16.10.2025
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
16:14 16.10.2025
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
16:14 16.10.2025
Bu da Ramiz Mehdiyevin dəbdəbəli villası - VİDEO - FOTO
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16:05 16.10.2025
Prezident: Fransa ilə Azərbaycan arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
16:00 16.10.2025
Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
15:53 16.10.2025
Yelo Business App sahibkarlar üçün daha bir imkan təqdim edir
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
15:40 16.10.2025
Ajda Pekkan yeni reklamdan 40 milyon qazanacaq
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
15:27 16.10.2025
DTX-nın saxladığı sabiq diplomata hökm oxundu
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
15:23 16.10.2025
Qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
15:16 16.10.2025
Ramiz Mehdiyevin dövlət çevrilişi planı belə ifşa edilib - ŞOK FAKTLAR
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
15:12 16.10.2025
10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə – Birbank Biznes-dən sərfəli kredit kampaniyası
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi
15:11 16.10.2025
"Tiktok"er İlhaməyə həbs qərarı verən hakimin işinə xitam verildi
Dimaşın Meksika konsertinin biletləri 8 dəqiqədə tükəndi - Rekordunu yenilədi
15:10 16.10.2025
Dimaşın Meksika konsertinin biletləri 8 dəqiqədə tükəndi - Rekordunu yenilədi
"Bu gün anamın ürəyinə stent qoyacaqdılar, amma..." - Kamil
14:57 16.10.2025
"Bu gün anamın ürəyinə stent qoyacaqdılar, amma..." - Kamil
Monteneqrodan Tovuza gəldi, arvadını öldürdü, video çəkərək yoxa çıxdı
14:45 16.10.2025
Monteneqrodan Tovuza gəldi, arvadını öldürdü, video çəkərək yoxa çıxdı