Zakir Həsənov İranın ölkəmizdəki səfiri ilə görüşdü

SOSİAL
17:32 18.07.2019
2138

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Zakir Həsənov Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Nazir "Beynəlxalq Ordu Oyunları-2019" yarışları çərçivəsində ölkəmizin ərazi sularında təşkil olunacaq "Dəniz Kuboku-2019" müsabiqəsində Azərbaycan və İran hərbi dənizçilərinin birgə iştirakını Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsinə töhfə kimi dəyərləndirib.

Diplomat isə öz növbəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin olunmasında vacib amil olduğunu qeyd edib.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, eləcə də regional problemlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 11.07.2020

Bu gün dünyada koronavirusa rekord yoluxma qeydə alındı

23:33 10.07.2020

Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

23:11 10.07.2020

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

22:56 10.07.2020

“Şirin Su” Neftçala sakinlərinə pulsuz içməli su payladı - FOTO

22:38 10.07.2020

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

22:27 10.07.2020

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başladı

22:14 10.07.2020

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

21:58 10.07.2020

Nazirlik koronavirusa yoluxmuş məhbuslarla bağlı məlumat yaydı

21:39 10.07.2020

"Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik" - Yelo Bankın sədri

21:29 10.07.2020

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart

21:18 10.07.2020

“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov

21:16 10.07.2020

Ədliyyə Nazirliyindən açıqlama - 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb

20:58 10.07.2020

Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO

20:43 10.07.2020

Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz

20:31 10.07.2020

Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır

19:38 10.07.2020

“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür”