Zakir Həsənov İslam Kərimovun məzarını ziyarət edib

Zakir Həsənov İslam Kərimovun məzarını ziyarət edib
SİYASƏT
16:03 04.10.2016
1179
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Özbəkistana səfəri zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR