Zakir Həsənov komandanlara tapşırıq verdi: Ordu hər an hazır olmalıdır!

Zakir Həsənov komandanlara tapşırıq verdi: Ordu hər an hazır olmalıdır!
SOSİAL
22:28 16.06.2018
9062
İyunun 16-da Müdafiə Nazirliyində nazir, general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci ilin qış tədris dövrünün yekunlarına dair geniş tərkibdə iclas keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinədn AZXEBER.COM-a verilən məlumata görə, tədbirdə müdafiə nazirinin müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, müstəqil xidmət və şöbə rəisləri, birlik, birləşmə komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasında hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənilib, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.

Müdafiə naziri 2018-ci ilin qış tədris dövründə Azərbaycan Ordusunun hazırlığının nəticələri və yay tədris dövründə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.


General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini, eləcə də düşmənin istənilən təxribatının qarşısının alınması və düşmənə layiqli zərbə endirilməsi məqsədilə 2018-ci ilin yay tədris dövründə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.

Müdafiə nazir Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər