Zakir Həsənov Moskvada mühüm sənədə imza atdı

SİYASƏT
13:30 11.11.2014
3322

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri Moskvada səfərdədir.

AZXEBER.COM Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 11-də nazir Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.

 

 

OXŞAR XƏBƏRLƏR