Zakir Həsənov: "Ordumuzun Türkiyə standartlarına uyğunlaşdırılması işləri davam etdirilir"

Zakir Həsənov: "Ordumuzun Türkiyə standartlarına uyğunlaşdırılması işləri davam etdirilir"
SİYASƏT
11:01 12.04.2022
608
"Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir".

AZXEBER.COM xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 12-də Azərbaycanda səfərdə olan Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR