Zakir Həsənov Pakistana rəsmi səfərə gedib

Zakir Həsənov Pakistana rəsmi səfərə gedib
SİYASƏT
13:24 21.03.2022
349
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın "Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.
 
OXŞAR XƏBƏRLƏR