Zakir Həsənov şəhid əsgəri ölümündən sonra təltif etdi

Zakir Həsənov şəhid əsgəri ölümündən sonra təltif etdi
Bütün Xəbərlər
16:08 17.03.2014
902
Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərimizlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, martın 17-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Həsənov Elvin Çingiz oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə, əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
OXŞAR XƏBƏRLƏR