Genişmiqyaslı komanda-qərargah təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.