Qaribaşvili yeni nazir vəzifələrinə namizədləri açıqladı.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili yeni nazir vəzifələrinə üç namizədin adını açıqlayıb.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, müdafiə naziri postuna Avropa inteqrasiyası üzrə parlament komitəsinin rəhbəri Tinatin Xidaşelinin namizədliyi irəli sürülüb. Onun namizədliyi təsdiq olunarsa, Xidaşeli Gürcüstan tarixində ilk qadın müdafiə naziri olacaq.
Ətraf mühitin mühafizəsi naziri postuna Qiqla Aqulaşvili, idman və gənclərlə iş üzrə nazir postuna isə Tariel Xeçikaşvilinin namizədlikləri irəli sürülüb.
Hökumətin yeni tərkibi təsdiq üçün prezidentə, daha sonra isə etimadın göstərilməsi üçün parlamentə göndəriləcək.