"Generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, layihə uyğun yerinə yetirilmədiyi üçün 28,5 dərəcə olub”.
AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyevin keçirdiyi müşavirədə Baş prokuror Zakir Qaralov deyib.
O, 1994-cü ildə işlənib hazırlanmış layihənin - Mingəçevir Su Anabarının altından kanal çəkilməsi – icra olunmadığını da bildirib və bunun gərginliyin azalmaqla cərəyanın artmasına səbəb olduğunu söyləyib.
Z.Qaralov baş vermə hadisə ilə əlaqədar cinayət işinin açıldığını və dindirmələr aparıldığını əlavə edib.