Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Nazim İmanov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat vəəməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Azər Hətəmov, Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin prokuroru Tariyel Qurbanov tutduqları vəzifələrdən azad ediliblə
Onlar müvafiq olaraq Binəqədi, Tərtər və Hacıqabul rayon prokuroru vəzifələrinə təyin ediliblər.