"Zaman Azərbaycan"ın baş redaktoru yeni qəzet yaratdı

"Zaman Azərbaycan"ın baş redaktoru yeni qəzet yaratdı
TOP4
12:32 08.10.2016
3162
Azərbaycanda yeni qəzet fəaliyyətə başlayır.
 
AZXEBER.COM-un məlumatına görə, qəze "Yeni Avaz" adlanır. Qəzetin baş redaktoru Anar Qaraxançallıdır. 
 
O "Azermedia MMC”ni təsis edib və "Yeni Avaz” qəzetini satın alıb. Bu gün qəzetin yeni komanda ilə ilk sayı işıq üzü görüb. Qəzetin üz qabığının fotosu da sosial şəbəkələrdə yayılıb. 
 
Qeyd edək ki, Anar Qaraxançallı Fətullah Gülənin şəbəkəsinin ən böyük media quruluşlarından biri olan "Zaman” qəzetinin yerli filialı olan "Zaman-Azərbaycan”ın həmtəsisçilərindən biridir. Qardaş ölkədəki məlum hadisələrdən sonra, 20 iyul tarixində A.Qaraxançallı təsisçilər adından bəyanat yayaraq, qəzetin və "zaman.az” saytının fəaliyyətini dayandırıldığını bildirmişdi.
 

OXŞAR XƏBƏRLƏR