Zamanın sədası - Universitet tələbəsi yazır...

Zamanın sədası - Universitet tələbəsi yazır...
KÖŞƏ
16:42 14.05.2024
1455
Hava günəşli və bir azca da rütubətli idi. May ayının ilk on günlüyündə rütubətin artacağı da gözlənilən idi. Adətim üzrə bazargünü sübh tezdən durub evimin ikicə addımlığında yerləşən məscidə yol aldım. Hələ o başdandan günəşin şüaları yer üzünə qürub etməmiş havada tərtəmiz bir torpaq qoxusu var idi. İlahi, bu qoxu necə də insanı bihuş edir və sanki qəlbimi sıxıntılardan azad edirdi. Mən bir anlıq hər şeyi unutmaq istədim. Bu yer üzü,sonsuz mavi səma bunların hər birini Rəbbim mənim üçün yaratdığı təqdirdə mən hələ də İlahi qüvvənin fərqinə varmamışam. Basdığım torpaqdan açan çiçəyin yarpaqlarından süzülən şehdən tutmuş, küləyin ağaclarla səssiz söhbətinə-bir-birləri ilə sehirli  pıçıltılarına qədər hər biri sirli kainatın bir oyunu kimi əlçatmaz və möcüzəvi görünürdü. Dünyada bu qədər gizlin qalan mücərrəd məfhumları araşdırıb tapmaq üçün ömrümüz belə kifayət etməz. Biz insanlar isə bizə lütf edilən zamanın necədə sürətlə axıb getdiyinin fərqində deyilik. 

Son günlərdə özlüyümdə olduqca bilgi aclığı hiss edirəm. İstəyirəm ki, dayanmadan kitab oxuyum. Həm də bu oxuduğum kitablar insanların əli ilə yazılmış şablon cümlələrdən ibarət dərsliklər deyil. Elmi,bədii  kitablar və hətta elmə belə məlum olmayan bir çox gizlin həqiqətlər. 
Məsələn: Yer kürəsindən uzaqda zamanın idarə olunması, sonsuz kainatın sirləri və.s

Həftəsonu zamanımı özümə ayıracağıma qərarlı idim. Bu  zaman ilk olaraq ibadətimdən başlayır. 

Mənim Rəbbimlə keçirdiyim səssiz anlarda ruhum əbədi bir dincliyə qovuşur. Bu elə bir dinclikdir ki, gözündən axan yaş belə səni rahatladır,qəlbin arınır. Bu hüzuru gənclik dövrümün ən əyləncəli və yaddaqalan anlarına belə dəyişmərəm. Çünki onlar mənim nəfsimin istəyidir. Rəbbimdə tapdığım hüzur isə əbədidir. 

Günəş şüalarını artıq yer üzünə sərmişdi. Havada bir az isti, bir az da sərinlik vardı. Məsciddən bir az aralıda parka doğru addımlayırdım. İnsanların simalarına diqqətlə nəzər salırdım. Hər bir insan gizlin bir həqiqətin daşıyıcısı olduğunun fərqindədirmi, görəsən? Bəs,ətraf aləm necə? Məsələn, bitkilər,böcəklər,çiçəklər və.s bizim cansız hesab etdiyimiz əslində isə bizim kimi nəfəs alaraq yaşayan bitki örtükləri necə? Bunlar hər biri möcüzə deyilmi?  Yəni, mənim bialogiya elminə olan bilgi aclığım elə burdan qaynaqlanırdı. 
 
Anidən çalan telefonum məni sanki yuxudan oyatdı:
-Alo
-Qaqaş,hardasan? 
-Gəlirəm,Çinar. Nəsə lazımdı gələndə alım? 
-Yox, Anam deyir, bir az tez gəl,havada şaxta var.
Arxa fonda anamın titrək səsi eşidilir:
-Ay bala,əynini də nazik etmisən. Tez gəl evə,süfrə açıram. 
-Baş üstə,Sultan xanım! -deyə,həfifcə gülümsədim. 

Telefonu söndürüb dənizə dogru addımladım.  İnsanları müşahidə edirdim,hər biri ayrı aləmdi. Hər biri yazılmaqda olan bir romanın parçasıdı. Kapşonumu başıma keçirdib,dəniz kənarında yerləşən skamyaların birində oturdum. Havanı içimə çəkib bir anlıq durdum. Düşündüm.  Gəldiyim yeri və gedəcəyim ən son ünvanı. Mən bunu hiss edirdim. İnsanın özü ilə üzləşməsi çox böyük bir nemətdi. Hələ bilməm gərəkən o qədər sirli nöqtələr var ki, heç bilmirəm ömür vəfa edəcək mi? 

Göy dənizin sahillərindən hər yer nə qədər geniş və aydın görünür. İnsanlar sahildə gəzişir və səssizcə onlar da dənizlə dərdləşirdi. Ya da söhbət edirdi deyək. Hər dərdi olan insan dənizə gələr? Əlbəttə ki, xeyr. Məsələn səhərdən müşahidə etdiyim bu cütlük. Əl-ələ tutuşub yalın ayaq dənizdə gəzən sevgililər çox xoşbəxt görünürdü. Dünya-aləm onlara yad idi. Onlar bu dünyalı deyildi. Aydın məsələ idi ki, onların ruhu uzaq diyarlarda gəzişirdi. 
 
Şəms Hüseynli
OXŞAR XƏBƏRLƏR