"Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Jurnalistin musavat.com-a verdiyi məlumata görə, bu gün səhər saatlarında ona BŞBPİ-nin istintaq şöbəsindən zəng vuraraq saat 17.00də idarəyə söhbətə dəvət ediblər.
Ancaq jurnalistə polis idarəsinə nəyə görə, hansı səbəbdən çağırıldığını deməyiblər.
Hazırda Z.Hacı BŞBPİ-dədir.