Zamiq bu ifaçını "vicdansız" adlandırdı

Zamiq bu ifaçını "vicdansız" adlandırdı
MAQAZİN
17:21 19.11.2025
122
"Sənəti olmayanlar bazara gedir. Birinci sənət öyrənin, sonra məhsulunuzu satın".

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Afaqla 10lar" verilişinə müsahibəsində deyib.
 
Sənətçi hər zaman olduğu kimi,  bu dəfə də bayağı mahnı ifaçılarına iradını bildirib:

"Sənəti bilməyənlər, 2 mahnı ilə məşhur olanlar özünü elə aparır ki... Cılız görsənirlər. Haradan, necə çıxırlar maraqlıdır. Məşhur olmaq istəyirlər. Yaxşı ki, trend ləğv olundu. Trend elə o "oxuyancıqlar"ı aldadırdı.

Musiqi ilə geyim kimi oynayırlar: bu gün bunu geyinim, bunla bunu dəst edim. Musiqi ilə əl oyuncağı kimi zarafat edirlər. Musiqi ilə oynamaq vidansızlıq, imansızlıqdır. Nə vaxtsa cəzalandırılmalıdırlar".
 
Aysel
OXŞAR XƏBƏRLƏR