Zamiq ata olacaq? - AÇIQLAMA

Zamiq ata olacaq? - AÇIQLAMA
MAQAZİN
15:45 12.09.2019
8898
Müğənni Zamiq Hüseynov ata olacaq.
 
AZXEBER.COM xəbər verir ki, bu gün ad günü olan Zamiqi təbrik edən əməkdar artist Röya Ayxan Zamiqin ata olacağını sirrini açıb. Röya "Səni təbrik edirəm. Bu il sən ən gözəl yaşını yaşayacaqsan. Çünki sən ata kimi yaşayacaqsan" şərhini yazması Zamiqin ikinci dəfə evlənməsi hqqda yayılan xəbərləri təsdiqləyib.
 
Qeyd edək ki, bir müddət evvəl mətbuatda Zamiq Hüseynovun ikinci dəfə Aydan adlı xanımla evləndiyini xəbərlər yayılmışdır. Müğənni isə bu haqda heç bir açıqlama verməyərək, şəxsi suallardan yayınmışdır.
 

Müğənni öz bu xəbəti təkzib edib. O mediaya göndərdiyi açıqlamada deyib: 

"Az öncə dostum Röya həmişəki kimi təbriki ilə məni təəccübləndirdi. Öncə Röyaya və məni doğum günü münasibətilə təbrik edən hər kəsə təşəkkür edirəm. Mövzunu niyə Röyayla başladım? Mediadakı dostlarımız onun təbrikindən sonra ata olacağımla bağlı xəbər yayıblar. Əziz dostlar, belə bir şey yoxdur. Röya mənim yeni yaşımda ata olacağımı deyil, mənimlə bağlı ən böyük  arzusunu ifadə edib. O arzu ki, bu il ailə qurmağımı, ata olmağımı istəyir. 

 

Mənim üçün ata olmaq böyük məsuliyyətdir. Əlbəttə, mən də istəyərəm tezliklə bu statusa sahib olum. Bu xəbərə sevinən dostlarımın diqqətinə çatdırım ki, məni bu mövzuda təbrik etmək hələ tezdir. Belə bir şey olsa, hər kəsin xəbəri olacaq”. 

Nazim Qasımzadə
OXŞAR XƏBƏRLƏR